Tikişli polad borular su və qaz kəmərlərinin inşasında, müxtəlif təyinatlı qurğuların hazırlanmasında, isitmə sistemlərinin quraşdırılmasında və su və ya qaz kəmərləri üçün müxtəlif hissələrin istehsalında və s. sahələrdə istifadə olunur.
Profil borular əsasən ağır mexaniki yükə və titrəməyə məruz qalan konstruksiyalarda istifadə olunur: metal konstruksiyaların quraşdırılmasında, bina gövdələrinin quraşdırılmasında, müxtəlif növ dirək və dayaqların, mürəkkəb örtüklərin, arakəsmə və s. hazırlanmasında.

Qara borular kənd təsərrüfatında, neft-qaz və kimya sənayesində, maşınqayırmada, fərdi və ticarət obyektlərinin tikintisində fəal istifadə olunur.
Yaşayış və istehsalat binalarında daxili kommunikasiya xətlərinin çəkilməsində və isitmə sistemlərinin quraşdırılmasında istifadə olunur.
Tikişsiz polad boruların istifadəsi müxtəlif sahələri əhatə edir: boru kəmərlərinin inşası, maşın elementlərinin, mexanizmlərin, konstruksiya hissələrinin istehsalı, yol təmir-tikinti işlərinin aparılması və s.
Spiral tikişli boruların istehsal prosesində polad lentlər lazımi bucaq altında bükülüb, spiral formasına salınır, birləşən yerlər daxildən və xaricdən tozaltı qaynaq üsulu ilə tikilir. Əsasən, magistral neft-qaz kəmərlərin, ümumi təyinatlı boru kəmərlərin, istilik və kanalizasiya şəbəkələrin qurulmasında geniş istifadə edilir.