Alma yeşiyi 60x40x35 (30 kq)



Artikul: 07713664

Brend: Metak






İlkin polipropilen xammaldan istehsal edilmiş bu yeşiklər məhsulun yığılması, daşınması və saxlanılması üçün nəzərdə tutulmuşdur. Yeşiklərin simmetrik forması onların anbarda və soyuducularda rahat yerləşdirilməsini təmin edir. Hal-hazırda şirkətdə istehsal olunan bu məhsullar dörd rəngdə (şəffaf, boz, qırmızı, yaşıl) alıcılara təqdim olunur.

İstifadə sahələri

  • Meyvə və tərəvəzin yığılması, daşınması və saxlanılması;
  •  Kənd təsərrüfatı və sənaye məhsullarının yığılması, daşınması və saxlanılması;
  • Çörək və un məmulatlarının yığılması və daşınması;
  • Balıq, ət və toyuq məhsullarının yığılması, daşınması və saxlanılması.

 

Üstünlükləri

 -30°C şaxtaya və +80°C istiyilə davamlılığı;

 Kəskin temperatur dəyişikliklərinə qarşı müqavimətliliyi;

 Metal və taxta yeşiklərdən qat-qat yüngül olduğundan rahat daşınması;

 Qida məhsulları üçün tam təhlükəsizliyi;

 Rahat təmizlənməsi, nəm, göbələk və kif əmələ gətirməməsi;

 Metal və taxta yeşiklərdən daha uzunömürlü və qənaətli olması.

 

Yeşiklər aşağıdakı ölçülərdə təqdim olunur (eni x uzunluğu x hündürlüyü):

300 kq-lıq, 120mm х 100mm х 72mm

30 kq-lıq, 60mm х 40mm х 35mm

8 kq-lıq, 40mm х 30mm х 18,5mm

6 kq-lıq, 50mm х30mm х 10mm

Oxşar Mehsullar


Xidmətlər və Həllər

AZPRO İnşaat MMC Plastik və Polad boruları, Fitinqləri və İnşaat materiallarını ən yüksək keyfiyyətlə sizə təqdim edir.