Fiber Boru, PN 25



Artikul: 08210262

Brend: Metak






İsti suyun çəkilməsidə, istilik sisteminin qurulmasında əvəzedilməz Fiber borularımız az zəhmət və vaxt sərf etməklə montaj etməyə imkan yaradır. Bu üç qatlı borularımız öz keyfiyyəti və davamlığı ilə həm yerli, həm də xarici bazarlarında tanınmışdır. Kompozit borularımız illərlə Rusiya, Ukrayna, Gürcüstan və Qazaxıstan inşaat bazarlarına ixrac edilir.

Kompozit borular binadaxili isti və soyuq su təchizatında istidadə edilən təzyiqli sistemlər üçün nəzərdə tutulub. Bu üçqatlı boruların xarici və daxili materialı PPRC-dən (PolypropyleneRandomCopolymer) ibarətdir, orta qat isə şüşə lifli PPRC-dən ibarətdir. Boruların orta qatında da xüsusi şüşə lifli PPRC, onların xətti genişlənmə əmsalını aşağı salır və boruları yüksək temperaturdan əyrilib deformasiya olunmaqdan qoruyur. 20°C temperaturda və PN 25 bar ilə istifadə etdikdə şüşə lifli boruların istismar müddəti 50 ilə bərabərdir. İsitmə və soyutma sistemlərində kompozit borular genişlənmmir və kondensat əmələ gətirmir. Bu borular korroziyaya uğramır və ərp bağlamır. Şüşə lifli borular ekoloji təmizdir, onlarda suyun fiziki və kimyəvi xassələri dəyişmir, onların qaynağı və quraşdırılması daha asan və qənaətlidir.


Boruları qeyd olunmuş temperatur intervalında istifadə etmək olar: -10°C-dən +90°C-yədək.
Lifl i boruların xətti genişlənməsi adi borulardaki kimi hesablanır: ΔL = LΔTα,
Lakin lifl i boruların xətti genişlənmə əmsalı λ 0,35x*10-4 (к-1)*0,35 bərabərdir.


Əsas üstünlükləri
- Xətti genişlənmə nisbəti  75% adi plastik borulardan azdır. 
- Alüminium folqalı boruda olduğu kimi təmizləmə prossesinə ehtiyac yoxdur;
- Xətti genişlənmə az olduğuna görə bərkitmələr arasındakı məsafə uzun olur, bu da montaj müddətinin və maliyyətin azalması deməkdir;
- Sistemin uzunömürlülüyünü təmin edir;
- Alüminium borulara nisbətdə istiliyi xaricə az buraxır.

Borular bütün standartlara uyğun istehsal olunur və satışdan əvvəl qısa vaxt intervalıyla 60ATM təzyiq altında sınaqdan çıxarılır. 

 

Kod Ölçülər, mm Divar qalınlığı mm
3101020020  20  3,4
3101025020  25  4,2
3101032020  32  5,4
3101040020  40  6,7
3101050020  50  8,4
3101063020 63 10,5
3101075020 75 12,5

Oxşar Mehsullar