Hərəkətli qoşqu platforma



Artikul: 12544434

Brend: Metak






Hərəkətli qoşqu platforma meyvələrin yığımı və bağlara qulluq üçün nəzərdə tutulub. Platforma istənilən traktora farkopla qoşulur. Xüsusi konstruksiya platformanı işçilər, yeşiklər və lazımi avadanlıqlarla birlikdə yerdən 2,10 metrəyə qədər yüksəkliyə qaldıra bilir.

Platformanın konstruksiyası eyni zamanda 4 yeşik meyvənin tez və asan yerləşdirilməsini və boşaldılmasını təmin edir. Maksimal hündürlük 2,10 m təşkil edir. Platformanın maksimal yükqaldırma gücü 2000 kq-dır. Platformada eyni zamanda 8 nəfər dura bilər (hər iki tərəfdən eyni sayda olmaqla).

Platforma bütün konstruksiya üçün dayaq funksiyasını daşıyan əsas şassidən, hidravlik qaldırıcı sistemdən və hərəkətli yan traplardan ibarətdir. Platformanın hidravlik sistemi traktorun hidravlik sisteminə qoşulur, idarə olunması isə traktorun kabinəsindən, yaxud platformanın üzərindəki hidropaylayıcı vasitəsilə mümkündür.

Standart parametrlər:

• yükqaldırma gücü 2 000 kq

• hündürlük 2,10 m

• platformada hidravlik paylayıcı

• açılan mexaniki yan traplar

• traktorun hidravlik sisteminə qoşula bilmə

Oxşar Mehsullar


Xidmətlər və Həllər

AZPRO İnşaat MMC Plastik və Polad boruları, Fitinqləri və İnşaat materiallarını ən yüksək keyfiyyətlə sizə təqdim edir.